Yerli mənbələr Yeriho şəhərindəki Əqəbeye Cəbr düşərgəsinə hücum zamanı sionist işğalçıları ilə Müqavimət döyüşçüləri arasında ağır silahlı toqquşma barəsində xəbər veriblər. Həmçinin, bildirilib ki, bu toqquşmalarla eyni zamanda bu məntəqədə böyük partlayış baş verib.
Fələstindəki tibb resusrsları bildiriblər ki, Yeriho şəhərindəki Əqəbeye Cəbr düşərgəsində baş verən toqquşmalarda işğalçıların açdığı atəş nəticəsində ikisinin vəziyyəti ağır olmaqla 13 nəfər yaralanıb.
Fələstinli mənbələr bildiriblər ki, işğalçı sionist hərbiçiləri ötən həftənin şənbə günü Yeriho şəhərindəki Əqəbeye Cəbr düşərgəsinə hücumları zamanı 3 fələstinlini həb ediblər.