Fələstinli mənbələr çərşənbə günü sübh saatlarında sionist hərbiçilərinin Nablusun şərqinə və Ceninin cənubuna geniş şəkildə hücum etmələri xəbərini veriblər.
Sionist rejimi hərbiçiləri ağır texnikalardan istifadə etməklə Nablusun şərqində yerləşən “Bəlate” düşərgəsinə, “Yusifin qəbri” məntəqəsinə və həmçinin, Ceninin cənubunda yerləşən “Sanur” və “Məsliyə” qəsəbələrinə hücum ediblər.
Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, Bəlate düşərgəsində sionist hərbiçilərinin açdığı atəş nəticəsində bir fələstinli gənc ağır yaralanıb və onun vəziyyəti ağırdır.
Yerli mənbələr Bəlate düşərgəsində israilli hərbiçilərə tərəf atəş açılması barəsində xəbər veriblər.
İsrailli hərbiçilər həmçinin, şəhid “Mustafa Əbur-Rəb”-in qardaşını Cenin şəhərinin cənubundakı Məsliyədə həbs ediblər.