Fələstin Səhiyyə Nazirliyi, “Yusif Yəhya Muhəysin” adlı 22 yaşlı fələstinli bir gəncin işğal olunmuş Qüdsün Ər-Ram şəhərciyində cümə axşamı baş vermiş toqquşmalarda aldığı ağır yaralardan şəhid olduğunu açıqlayıb.
“Yusif Yəhya Muhəysin”, israilli əsgərlərin işğal olunmuş Qüdsün Ər-Ram şəhərciyində birbaşa açdıqları atəş nəticəsində yaralanıb və bir müddət sonra Səhiyyə Nazirliyi onun şəhid olma xəbərini verib. Onun şəhadəti ilə həmin gün şəhid olanların sayı 10-a çatıb. 2023-cü ilin əvvəlindən fələstinli şəhidlərin sayı 30 nəfərə çatıb.
Fələstinli mənbələr bundan əvvəl işğal olunmuş Qüdsün şimalındakı Ər-Ram şəhərciyində israilli əsgərlərlə fələstinli gənclər arasında toqquşmanın olması barədə xəbər vermişdilər.