Fələstin Səhiyyə Nazirliyi bildirib ki, sionist rejimi qüvvələrinin Şəfat düşərgəsində atdığı güllə nəticəsində bir fələstinli gənc şəhadətə çatıb.
Xarici KİV-in verdiyi məlumata görə, Şəfat düşərgəsində işğalçılar tərəfindən güllələnərək yaralanmış “Səlah Muhəmməd Əli” adlı fələstinli gənc şəhid olub.
Xatırlatmaq lazımdır ki, sionist qüvvələri bu gəncin yaralanmasından sonra onu yoxlayıb və onun xəstəxanaya köçürülməsinin qarşısını alıblar.
Sionist qüvvələri bu hadisədən sonra Qüdsün Şimal-Şərqindəki Şəfat düşərgəsini bağlamaq və camaatın gediş-gəlişinin qarşısını almaqla onlara hücum ediblər.