Fələstin mediyaları cümə axşamı günü, səhər saatlarında sionist əsgərlərinin Cenin düşərgəsinə hücumu zamanı 2 fələstinlinin şəhid olma xəbərini veriblər.
Xarici KİV-in verdiyi məlumata görə, cümə axşamı günü sionistlərin hücumu zamanı şəhid olan fələstinlilərdən biri 26 yaşlı Ədhəm Cəbbarindir. O, Cenin batalyonlarının komandirlərindən biri idi.

İkinci şəhid isə 57 yaşlı müəllim Cavad Bəvaqətədir. O, sionist snayperçisinin gülləsinə tuş gəlib və ağır yaralandığından həyatını itirib.
Bildirilib ki, bu hücumda həyatlarını itirənlərin artacağı ehtimalı var.