İşğalçı rejimin qüvvələri dünən cümə günü səhər İordan çayının qərb sahillərində yerləşən Nablus şəhərinin qədimi ərazilərinə hücum edib və müqavimət qüvvələri ilə toqquşublar.
Yerli mənbələr bildiriblər ki, israilli əsgərlər sionistlərin Nablusa hücumlarını işıqlandıran jurnalistlərə tərəf atəş açıblar.
Tibbi resursların bildirdiklərinə görə, sionistlərin Nablusa hücumu zamanı 30 fələstinli yaralanıb. Həmçinin, sionist əsgərləri fələstinli yeniyetmə Əhməd əl-Misrinin evini 2 saat mühasirə etdikdən sonra onu həbs ediblər.
Sionistlərin xüsusi qüvvələri Nablusda idilər, amma fələstinlilərin bu qüvvələrdən xəbərdar olması və onlarla mübarizə aparsından sonra sionist rejimi oraya köməkçi qüvvələr göndərməyə məcbur olub. İşğalçı qüvvələr həmçinin, Nablusunda əl-Əzizinin evini mühasirə ediblər.
İbrani dilində yayımlanan kanallardan biri də öz növbəsində deyib: Ordu qüvvələri hal-hazırda Nablusda hərbi fəaliyyətlər yerinə yetirirlər və məlumatlar fələstinlilərlə şiddətli toqquşmaların olduğunu göstərir.