Ötən şənbə günü axşam saatlarında minlərlə sionist Hayfa şəhərində sionist rejiminin baş naziri Benyamin Netanyahu əleyhinə mitinq keçirib.
Xarici KİV-in verdiyi məlumata görə, bu mitinq, radikal və ekstremist partiyalardan təşkil olunmuş Netanyahunun sağçı kabinetinə etiraz olaraq keçirilib.
Sionist rejiminin keçmiş müdafiə naziri Muşe Yəlun, ordunun keçmiş sözçüsü Run Kanteri və İsrailin bir sıra keçmiş hərbi rəsmiləri bu mitinqdə iştirak ediblər.
İbrani dilində olan saytlardan biri vurğulayıb ki, bu mitinq, israillilərin ötən həftə Tel-Əviv şəhərində Netanyahu əleyhinə keçirdikləri mitinqin davamıdır.