Oman Şurasının sədr müavini bildirib ki, bu məclisin nümayəndələri sionist rejiminə qarşı sanksiya dairəsini genişləndiriblər. Belə ki, bu rejimlə hər növ qarşılıqlı əlaqə hər hansı formada olursa olsun, cinayət hesab olunacaq.
Xarici KİV-in verdiyi məlumata əsasən, Oman Sultanlığı Şurası dünən sionist rejiminə qarşı sanksiya qanununun birinci maddəsinə dəyişiklik edilməsi layihəsinin icra mərhələlərinin tamamlanması üçün Qanunvericilik və Hüquq komitəsinə göndərib.
Oman Şurasının sədr müavini Yaqub əl-Harisiyə istinadən verilən hesabatda deyilir ki, bu təklif, deyilən maddənin vurğuladığı sanksiya dairəsini (əlaqələrin kəsilməsi) genişləndirəcək və bu rejimin kriminalizasıyasını artıracaq.
Əl-Harisi həmçinin, deyib ki, bu qanun hal-hazırdakı vəziyyətində sionist rejimi ilə hər növ əlaqəni qadağan edir; istər bu əlaqə fiziki şəxlər tərəfindən olsun və istərsə də hüquqi.
Bu omanlı nümayəndənin sözlərinə görə, bu istəyi irəli sürən ölkənin Şura üzvləri dəyişiklikləri izləyirlər; istər bu dəyişikliklər texniki və mədəni səviyyədə olsun və istərsə də iqtisadi və idman səviyyəsində. Buna görə də çox sayda dəyişikliklər təklif ediblər ki, iqtisadi, idman, mədəni əlaqələrin kəsilməsinə və bu rejimlə hər növ qarşılıqlı əlaqələrin qadağan olunmasına şamil olsun. Bu əlaqələrin həqiqi (real) ya məcazi (virtual) olmasının heç bir fərqi yoxdur.
Oman ilk ərəb ölkələrindəndir ki, sionist rejiminə qarşı sanksiya tətbiq edən xüsusi qanun qəbul edib. Bu ölkənin mərhum kralı Sultan Qabus sionist rejiminə qarşı sanksiya barəsində 9/72 nömrəli krala məxsus əmr vermişdir.
Bununla əlaqədar sionist rejimi mediyaları, Oman ölkəsinin sionist rejiminin təyyarələrinin bu ölkənin səmasından keçməsi ilə razılaşmadığı üçün ötən Sentyabr-Oktyab aylarında Hindistana olan 10-dan çox uçuşun ləgv olunması barədə xəbər vermişdilər.