Xarici KİV-in verdiyi məlumata görə, bir qrup sionist köçkün cümə günü Nablusun cənubunda yaşayan fələstinli vətəndaşlara daşla hücum ediblər.
Sionistlər fələstinli bir vətəndaşın maşınına tərəf daş ataraq arxa şüşəni sındırıblar. Maşının şüşəsi sınıb töküldükdən sonra arxa oturacaqda oturan 1 yaş yarım fələstinli qız uşağı yaralanıb.
Verilən xəbərin ardında deyilir ki, bu hadisə “Ousəreyn Cunuba” kəndinin yaxınlığında baş verib və digər bir neçə maşına da xəsarət yetirilib.
Fələstin Qırmızı Aypara Cəmiyyəti də bildirib ki, Nablus toqquşmalarında plastik güllə dəyməsi nəticəsində 19 yaşlı bir gənc yaralanıb və digər 17 nəfər də sionist qüvvələrinin göz yaşardıcı qazlardan istifadəsi nəticədində boğulma halı ilə üzləşib.
