Xarici KİV-in verdiyi məlumata görə, həftənin bazar günü bir sıra sionist köçkünləri işğalçı rejimin əsgərlərinin güclü dəstəyi ilə “Hənuka” yəhudi bayramı münasibəti ilə Məscidul-Əqsaya hücum ediblər.
Bu məlumata əsasən, bu hücumda ibadətlə məşğul olan 2 fələstinli, sionist əsgərləri tərəfindən həbs olunub.
İşğalçı rejimin əsgərləri buraya hücum edib, ibadət edən fələstinliləri Məscidul-Əqsanın həyətlərindən çıxarmaqla sionist köçkünlərinin bu müqəddəs məkana hücumları üçün zəmin yaratdıqdan sonra sionistlərin Məscidul-Əqsaya gəlişi baş tutub.
Sionist köçkünlərinin Məscidul-Əqsaya hücum və təhqirlərinin qarşısını almaq üçün fələstinli kişilər və qadınlar səhər saatlarından təkbir şüarları səsləndirənləri Məscidul-Əqsanın həyətlərinə gətiriblər.
Bunun müqabilində sionist əsgərləri də səhər saatlarında Qüdsün qədimi hissəsində yerləşiblər ki, köçkünlərin yürüşlərinin təhlükəsizliyini təmin etmək üçün hazır olsunlar və fələstinli vətəndaşların məscidə daxil olmalarının qarşısını alsınlar.
Sionist köçkünlərinin yəhudi bayramı münasibəti ilə Məscidul-Əqsaya yürüş etmələri qərarı elan edildiyi zaman fələstinli qüvvələr, qruplar və komitələr Məscidul-Əqsaya cəm olub ibadət etmək barədə çağırışlar etmişdilər.