Fələstinli mediyalar həftənin birinci günü sionist əsgərlərinin Cenin məntəqəsinə hücumu zamanı başından aldığı güllə zərbəsi nəticəsində 16 yaşlı bir qızın şəhid olması xəbərini veriblər.
Xarici KİV-in verdiyi məlumata görə, “Ceni Məcdi Zəkarəne” adlı bu uşağın 16 yaşı olub, evin damında olduğu vaxt israilli snayperçi tərəfindən şəhadətə çatıb.
Bazar ertəsi günü sionist işğalçıları İordan çayının qərb sahillərində yerləşən Cenin şəhərinə hücum ediblər və mübariz döyüşçülərlə silahlı toqquşmada 3 fələstinli yaralanıb.
Həmçinin, xəbər verilib ki, sionist əsgərləri 3 fələstinlini yaralamaqla və iki nəfəri özləri ilə aparmaqla Cenin düşərgəsini tərk ediblər.
Yerli mənbələrin verdiyi məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır.
Sionist rejimi ordusunun xüsusi bölməsi bazar ertəsi günü səhər saatlarında İordan çayının qərb sahillərində yerləşən Cenin şəhərinin şərqinə hücum edib və Fələstin qüvvələrinin müqaviməti ilə üzləşiblər.
Bu hücumun ardınca Fələstin müqaviməti döyüşçüləri onları əldə hazırlanmış qumbaralarla qarşılayıblar.
“Cenin Briqadaları” adlı batalyon da bildirib ki, bu qrupun döyüşçüləri sionistlərlə ağır döyüşlərə giriblər.