Fələstinli xəbər mənbələrinin məumatına görə, Avqust ayında sionist rejiminin əsgərlərinin Qəzzə zolağına təcazüzü zamanı yaralanan fələstinli bir vətəndaş cümə günü (9 Dekabr) şəhid olub.
Xarici KİV-in verdiyi məumata görə, Qəzzə zolağının şərqində yerləşən Şücaiyyə məntəqəsinin sakini Nabil Şəlih, sionist rejiminin ordusunun ötən Avqust ayında Əbu Somre məscidin ətrafına hücumu zamanı yaralanmış və cümə günü aldığı yaraların təsirindən şəhadətə çatmışdır.
Ötən Avqust ayında sionist rejiminin ordusunun Qəzzə zolağına 3 günlük təcavüzü zamanı, 6 uşaq, 4 qadın olmaqla 49 nəfər Fələstin vətəndaşı şəhid olmuş və onlarla digər insan yaralanmışdır.