Sionist qüvvələri tərəfindən Beytul Müqəddəsin şimal şərqində yerləşən Anata şəhərinə atılan göz yaşardıcı qazın təsirindən bir fələstinli körpə zəhərlənib.
Bu hadisə, uzun illər ərzində dəfələrlə baş vermiş günahsız fələstinli uşaqların ağrılı və unudulmaz dastanlarının təkrarıdır. Bundan əvvəl də 2018-ci ildə elə bu məntəqədə oğlanlara məxsus məktəbdə onlarla şagird, işğalçı qüvvələr tərəfindən məktəbin həyətinə atılan zəhərli göz yaşardıcı qazın ardınca boğulmuşdular.
“Anata” şəhərinin ibtidayi oğlan məktəbinin o vaxtki müavini “İmad Əliyan” şagirdlərin boğulması ilə nəticələnən hadisəyə işarə edərək deyib: İşğalçı qüvvələr heç bir şeyi nəzərə almadan göz yaşardıcı qaz atdılar. Təcili olaraq ilkin yardımlar göstərildi.