Avropa İttifaqının xarici siyasət rəsmisi “Cozep Burell” İordan çayının qərb sahillərində zorakılığın artması barəsindəki narahatlığını göstərərək bildirib ki, son günlərdə 10 fələstinli öldürülüb.
Cozep Burell həftənin bazar günü bəyanat verərək, sionist əsgərlərinin əli ilə şəhid olan fələstinli gənc “Əmmar Muflih” barəsində tədqiqatların başlanmasını istəyib.
Avropa İttifaqının xarici siyasət rəsmisi deyib ki, gərək bu zəmində məsuliyyətlər müəyyən olsun.
O, əlavə edib: Avropa İttifaqı işğal olunmuş İordan çayının qərb sahillərindəki zorakılığın artmasından çox narahatdır. Təncə ötən 10 gün ərzində İsrail Təhlükəsizlik qüvvələri tərəfindən 10 fələstinli öldürülüb.
Burell vurğulayıb ki, qəbul edilməz bu cür həqiqətlər, gərək araşdırılsın və məsuliyyətlər müəyyən olunsun.
Onun sözlərinə görə,beynəlxalq qanunlara əsasən, öldürücü alətlərdən istifadə yalnız ciddi təhdid və qaçılmaz təhlükə olduğu zaman qəbul ediləndir.
Xarici KİV-in verdiyi məlumata əsasən, Fələstin Səhiyyə Nazirliyi cümə günü Nablus şəhərinin cənubundakı Həvare şəhərciyində işğalçı sionist rejiminin qüvvələrinin açdığı atəşlər nəticəsində 22 yaşlı fələstinli gənc Əmmar Muflihin şəhid olma xəbərini verib.