İordan çayının şimalındakı Cenin bölgəsində “Kəfirat” kəsişməsinin yaxınlığında bir maşında müəmmalı partlayış baş verib.
Fələstinin yerli mənbələri bildiriblər ki, Cenin bölgəsində “Kəfirat” kəsişməsinin yaxınlığında bir maşında baş verən müəmmalı partlayışın səbəbi hələ bilinmir. Onlar açıq şəkildə bildiriblər ki, bu hadisə ilə eyni zamanda işğalçı rejimin pilotsuz uçuş aparatları (dronlar), bu bölgənin səmasında uçuş ediblər.
Bu partlayışdan bir neçə saat əvvəl işğalçı qüvvələr, Cenin şəhərinin cənubunda yerləşən “Cəbə” şəhərciyinə hücum ediblər. Nəticədə, onlar və Fələstin döyüşçüləri arasında silahlı qarşıdurma baş verib.