Fələstinli mənbələrin verdiyi məlumata görə, İordan çayının qərb sahillərində fələstinli mübarizlərlə siyonist əsgərləri arasında silahlı toqquşma baş verib.
Bu cümə sübh çagı, İordan çayının qərb sahilində yerləşən “Tülkərm”-in şərqindəki “Nurşəms” düşərgəsinin yaxınlığında bir neçə fələstinli döyüşçü ilə siyonist əsgərləri arasında toqquşma baş verib.
Fələstinli mənbələr xəbər veriblər ki, fələstinli döyüşçülər “Nurşəms” düşərgəsinə tərəf olunan hücumda siyonist işğalçılarına tərəf atəş açıblar.
Bugün sübh vaxtı, siyonist işğalçıları “Tülkərm”-in şərqindəki “Anabta” şəhərciyinə hücum ediblər. Bu hücumun ardınca onlarla fələstinlilər arasında toqquşma baş verib.
Həmçinin, “Əl-Xəlil” şəhərində Qüdsü işğal edən rejimin ordu qüvvələri, silah daşıma və “Kəriyat Ərbə” həhudi şəhərciyində müqavimət xarakterli əməliyyatların icrası bəhanəsi ilə fələstinli bir cavanı həbs ediblər.
Keçən 24 saat ərzində, fələstinlilərlə siyonist əsgərləri arasında dörd atışma və doqquz toqquşmanın baş verdiyi bildirilir.