İsrai hərbçiləri bu gün (bazar günü) işğal olunmuş Qüdsün şimal-şərqində yerləşən İnata qəsəbəsindəki qızların təhsil aldığı məktəbə basqın edərək məktəb binasına gözyaşardıcı qazlı silahlar açıblar. Bu basqında bir neçə şagird boğulub.
Qəsəbə sakinləri və ilkin yardım qüvvələri şagirdləri bu boğulmadan xilas ediblər.
Bu insidentlə eyni zamanda işğal olunmuş Qüdsün islami və milli dəstələri işğalçı sionist rejimin Fələstin məktəblərindəki məcburi təhsil proqramına cəhdlərinə etiraz əlaməti olaraq şəhərdəki bütün məktəblərdə ümumi etiraz aksiya elan ediblər.