İsrail qüvvələri İordan çayının Qərb sahilində əməliyyat keçiriblər.
Anadolu Agentliyi xəbər verir ki, insident Cənin şəhərinin Qubadiyyə rayonunda baş verib.
İsrail qüvvələri etiraz aksiyası keçirən fələstinlilərə qarşı güc tətbiq ediblər.
Nəticədə 9 fələstinli yaralanıb.
Yerli xəstəxananın rəsmisinin məlumatına görə, xəsarət alanların ən kiçiyi 14 yaşlı, ən böyüyü isə 42 yaşlıdır.
Bundan başqa, 1 fələstinli də tutulub.