Sionist rejim qüvvələri Cenin şəhəri yaxınlığındakı nəzarət-buraxılış məntəqəsi yaxınlığında bir fələstinli uşağı saxlayıb.
MEHR xəbər verir ki, Əsirlərin İşləri üzrə İnformasiya İdarəsi sionist rejim qüvvələrinin 2 yaşlı Həmudi Mustafa Amaşı onları təhqir etmək ittihamı ilə saxladığını açıqlayıb.
Xatırladaq ki, İsrail qüvvələri bu ayın əvvəlində İordan çayının qərb sahilindəki keçid məntəqəsində 3 yaşlı uşağı da saxlamışdı.
İsrail əsgərləri 2 yaşlı fələstinli uşağı onları təhqir etdiyi ittihamı ilə həbs edib