Fələstin Səhiyyə Nazirliyi bildirib ki, 2023-cü ilin əvvəllərindən indiyə kimi (cümə gününə kimi) işğal altında olan torpaqların müxtəlif bölgələrində sionist qüvvələrinin əli ilə 88 fələstinli şəhid edilib. Onların arasında 17 uşaq və 1 qadın var.
Fələstin Səhiyyə Nazirliyi şəhidlərin statistikasını ayrı-ayrılıqda bu şəkildə elan edib: Cenin vilayətindən 35 şəhid, Nablusdan 21 şəhid, Əl-Xəlildən 7 şəhid, Qüdsdən 6 şəhid, Yeriho və Əğvardan 5 şəhid, Qəlqiliyyədən 5 şəhid, Ramullah və Əl-Bizədən 3 şəhid, Qəzzə zolağından 2 şəhid, Beyt Ləmdən 2 şəhid, Sələfiyyətdən 1 şəhid və Tubasdan 1 şəhid.
Bu günlərdə, işğal altındakı torpaqlar, xüsusilə də İordan çayının qərb sahilləri xüsusi şəraitə malikdirlər və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər bir vasitə ilə cavab verməyə çalışırlar.



























