İşğalçı rejimin qırıcı təyyarələri ötən həftənin şənbə günü Qəzzə zolağının mərkəzi bölgəsində yerləşən UNRWA-nın əl-Cauni məktəbini bombalayıb və bir sıra Fələstin vətəndaşını öldürüblər.
Xəbər agentliklərindən birinin müxbiri hesabat dərc etməklə Qəzzə zolağının mərkəzində yerləşən ən-Nəsirat düşərgəsindəki UNRWA-ya bağlı əl-Cauni məktəbinə sığınmış fələstinli qaçqınların ağır vəziyyətini təsvir edib.
Bu məlumata əsasən, fələstinli qaçqınlar işğalçı rejimin təcavüzkar hücumları arasında bir yerdən başqa yerə qaçmaqda və daim təhlükəsiz yer axtarmaqdadırlar.
Bununla əlaqədar olaraq, Qəzzə Dövlət İnformasiya Ofisi elə şənbə günü açıqlama verərək bildirmişdi ki, işğalçıların Nəsirat düşərgəsindəki 43-cü qətliamında 16 fələstinli şəhid olub və digər 75 vətəndaş isə yaralanıb.
Bu bəyanatda deyilib ki, işğalçı sionist rejiminə aid qırıcılar 7 minə yaxın qaçqının sığındığı əl-Cauni məktəbini dünən (ötən həftənin şənbə günü) günortadan sonra bombalayıblar.