Ötən günlər ərzində 6 fələstinli uşaq şiddətli soyuqlar nəticəsində həyatını itirib.
Fələstinli mənbələrə istinadən verilən məlumata görə, Qəzzə zolağının zülmkarlıqla mühasirə olunmasının davam etməsi və lazımı istilik avadanlıqlarının olmaması səbəbilə 6 fələstinli uşaq həyatını itirib.
Qəzzədəki Əsdiqa əl-Mərid xeyriyyə xəstəxanasının direktoru dr.Səid Səlah Qəzzənin şimalında 5 uşağın güclü soyuqlar nəticəsində həyatını itirdiyini və bir uşağın vəziyyətinin isə ağır olduğunu bildirib.
Həmçinin Nasir müalicə mərkəzinin uşaq bölməsinin rəhbəri dr.Əhməd əl-Fərra bildirib: Digər bir uşaq soyuq nəticəsində həyatını itirib və iki uşaq isə xəstəxanaya yerləşdirilib və müalicə olunur.
Qəzzə zolağı yaşayış vəziyyətinin çətinləşməsi səbəbilə humanitar fəlakət səhnəsinə çevrilib və yüz minlərlə qaçqının münasib yeri və kifayət qədər geyimi yoxdur. Güclü soyuqların davam etməsi uşaqların əzab-əziyyətini artırır. Demək olar ki, bu bölgədə yanacaq və istilik avadanlıqları yoxdur.
Sionist rejimin Qəzzə zolağında törətdiyi soyqırım iki milyon fələstinlinin köçməsi ilə nəticələnib və bu zolağın mənzillərinin 70%-nin dağıdılması səbəbi ilə onların sığınmağa heç bir yerləri yoxdur.