Fələstin Təhsil Nazirliyi elan edib: Sionist rejiminin Qəzzə zolağına və İordan çayının qərb sahillərinə qarşı hücumları başlayan vaxtdan etibarən 4156 şagird şəhid olub və 7818 nəfər isə yaralanıb.
Fələstin xəbər agentliklərindən biri dünən Təhsil Nazirliyinə istinadən bildirib: İsrailin Qəzzə zolağına qarşı hücumları başlayandan bəri şəhid olan şagirdlərin sayı 4119 nəfəri keçib və bu hücumlarda 7536 nəfər yaralanıb. Həmçinin İordan çayının qərb sahillərində də 37 nəfər şəhid olub, 282 nəfər yaralanıb və 85 nəfər də həbs olunub.
Fələstin Təhsil Nazirliyinin İsrail rejiminin Qəzzə zolağına olan hücumları və fələstinli şagirdlərin şəhadəti barəsində verdiyi bəyanatda deyilir ki, Qəzzə zolağına olan hücumlarda 21 müəllim və direktor şəhid olub və 703 nəfər yaralanıb. İordan çayının qərb sahillərində də 5 nəfər yaralanıb və 71 nəfərdən çox insan isə həbs olunub.
Bu bəyanatda, həmçinin bildirilib ki, Qəzzə zolağında 278 dövlət məktəbi və BMT-nin Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) bağlı olan 65 məktəb bombalanaraq dağıdılıb. Onlardan 83-nə ciddi şəkildə ziyan dəyib və 7 məktəb isə tamamilə dağıdılıb. İsrail hərbiçiləri, həmçinin İordan çayının qərb sahillərindəki 38 məktəbə hücum edib, onları dağıdıblar.
Təhsil Nazirliyi sionist rejimi tərəfindən məktəblərin hədəfə alınması barəsində (bunları) vurğulayıb: Dövlət məktəblərinin və Təhsil Nazirliyinə aid binaların 90%-i birbaşa yaxud da dolayı yolla zərər çəkiblər. Məktəb binalarının 29%-nin tam yaxud ciddi dağıntıya görə, istifadə imkanları yoxdur. 133 dövlət məktəbi isə Qəzzə zolağında sığınacaq kimi istifadə olunub.