Sionist rejim hərbçiləri 400 fələstinli əsirə işgəncələr verməklə onları çox pis şəraitə düçar edir.
Fələstin informasiya mənbələri elan edib ki, işğalçı rejim 400 fələstinli əsirin saxlama şəraitini daha da pisləşdirməklə onlara işgəncə verir. Bu əsirlərin arasında Rimun zindanında saxlanılan Zəkəriyya Əl-Zaidinin də ağır şərtlər altında olduğu vurğulanır.
Fələstin qeyri-rəsmi portalının məlumatına görə bu əsirlərin əksəriyyəti İslami cihad Hərəkatı üzvləridir və onlar ayrı-ayrı həbsxanalarda saxlanılır. Sionist reim həbsxana məmurları hətta əsirləri əl-qolu bağlı vəziyyətdə saxlanılmasını istəyirlər və hava gəzintisinə də icazə verilmir.
Bu mənbənin məlumatında həmçinin deyilir ki, bu yeni problemlərin səbəbi İslami Cihad Hərəkatı əsirlərinin həbsxana sistemi əleyhinə bir sıra tədbirləridir. Çünki onlar həbsxana qanunlarına qarşı çıxır, qaydalara riayət etmir və əsirlərə qarşı zülmkarlıqlara son qoyulması və haqlarının təmin olunmasını tələb edirlər.