Sionist rejimi qırıcıları Suriyanın cənubundakı hədəflərə hücum ediblər və ölkənin havadan müdafiə sistemi onlara cavab verib.
Suriya Müdafiə Nazirliyi verdiyi hesabatda bildirib: “Bugün (həftənin bazar günü) səhər saatlarında düşmən İsrail, Beyrutun şimal-şərq istiqamətindən havadan hücum həyata keçirib, Homs şəhəri və onun ətrafındakı obyektləri hədəfə alıb.”
Xarici KİV-in verdiyi məlumata görə, ölkə ordusunun havadan müdafiə sistemləri Homs səmasında düşmən hədəfləri ilə mübarizə aparıblar.
Verilən məlumata əsasən, Suriya ordusunun havadan müdafiə sistemi terrorçu sionist rejiminin Homsun mərkəzinə olan hücumuna cavab verib. Bir Suriya hərbi mənbəsi bildirib ki, işğalçıların hücumu zamanı 5 suriyalı hərbiçi yaralanıb və zərərlər vurulub.
Bəzi mənbələr bildiriblər ki, “Əl-Kədir” kəndinin yaxınlığındakı “Əz-Zəbe” aviabazası sionistlərin hədəfinə tuş gəlib.
Bu, bazar günündən etibarən 72 saat ərzində israilli qırıcıların Suriyaya 3-cü hücumudur.
Daha sonra ərəb dilli mediyalar iddia ediblər ki, bölgəyə yetişmək istəyən ambulanslar və yardım maşınları sionist qırıcılarının hücumuna məruz qalıblar.
Xəbər agentliklərindən birinin, Suriya ordusunun rəsmi mənbəsinin verdiyi bəyanatına əsasən yazıb: “Bizim havadan müdafiə sistemimiz təcavüzkar raketləri izləyərək onlardan bir neçəsini vurub. Bu hücum 5 əsgərin yaralanması və maddi ziyanların dəyməsi ilə nəticələnib.”
Cümə günü səhər saatlarında da işğalçı sionist rejiminin qırıcıları Dəməşqdə bəzi yerləri hədəfə almışdılar.