Qəzzədəki tibb mənbələri bazar günü səhərdən bəri İsrailin hücumlarında ən azı 31 nəfərin şəhid olduğunu bildirib.
Qəzzədəki tibb və xəstəxana mənbələri İsrail rejiminin bazar günü səhər saatlarından bazar günü axşam saatlarına kimi Qəzzənin müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 31 nəfərin şəhid olduğunu açıqlayıb.
Eyni zamanda Norvik Humanitar Assosiasiyasının direktoru bildirib ki, İsrail Qəzzə zolağındakı xəstəxanaların əksəriyyətini hədəf alıb.
O, vurğulayıb ki, biz daimi qorxu içində yaşayırıq və Xan Yunisdəki Avropa Xəstəxanasından kənarda heç bir mühafizəmiz yoxdur.
Qəzzə Səhiyyə Nazirliyi də şənbə günü elan edib ki, son 24 saat ərzində 189 fələstinli həyatını itirib və yaralanıb. Bununla da soyqırım müharibəsində şəhid olanların sayı 51 min 201-ə çatıb.
Bu hesabata görə, 18 Mart 2025-ci ildən bəri Qəzzədə şəhid olanların sayı 1827, yaralıların sayı isə 4828-ə çatıb.