Fələstinli mənbələr digər bir fələstinli gəncin işğal olunmuş Qüdsdə sionist əsgərlərinin gülləsi ilə şəhadətə çatdığı xəbərini veriblər.
Çərşənbə günü gecə işğal olunmuş Qüdsdə yerləşən Səlvan şəhərciyində sionist rejiminin işğalçı əsgərlərinin gülləsi ilə yaralanmış gənclərdən biri şəhadətə çatıb.
24 saat ərzində İordan çayının qərb sahillərində yaşayan 3 nəfər fələstinli, sionist əsgərlərinin gülləsi ilə şəhadətə çatıb.
17 yaşlı yeniyetmə Muhəmməd Əli və 20 yaşlı gənc Arif Əbdun-Nasir Ləhluh, çərşənbə günü israilli əsgərlərin gülləsi ilə şəhadətə yetişən digər şəhidlərdirlər.
İşğalçı hərbiçilər çərşənbə günü gecə Məscidul-Əqsanın cənubunda yerləşən Səlvan şəhərciyində toqquşmalar zamanı fələstinlilər tərəfə atəş açıblar. Nəticədə, iki fələstinli gənc də yaralanıb.