Yerli mənbələrin verdiyi məlumata əsasən, Cenin şəhərinin cənubunda yerləşən Qubatiyyə şəhərciyi sakini fələstinli cavan “Həbib Əbu Kumeyl”, dünən axşam sionist işğalçılarının bu məntəqəyə hücumu zamanı açdıqları atəş nəticəsində şəhadətə çatıb. Bu məntəqədə başqa bir cavan isə yaralanıb. Ötən 24 saat ərzində İordan çayının qərb sahillərində 4 fələstinli gənc, sionist əsgərlərinin gülləsi ilə şəhid olublar.
Nablusun Bəlate düşərgəsində Əhməd Əbu Cuneyd, Əl-Xəlilin Zahiriyyə şəhərciyində Sənəd Səmamərə, işğal olunmuş Qüdsün Qələndiya düşərgəsində Səmir Aslan və Cenin şəhərinin cənubundakı Qubatiyyə şəhərciyində Həbib Əbu Kumeyl şəhid olublar.