Fələstin Səhiyyə Nazirliyi Qəzzə zolağına qarşı müharibə zamanı doğulmuş 100-dən çox fələstinli körpənin şəhid olduğunu açıqlayıb.
Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi sionist rejiminin körpələrə və uşaqlara qarşı təcavüzlərinə toxunaraq, müharibənin əvvəlindən indiyə qədər bu cinayətlər zamanı dünyaya gəlmiş 115 körpənin şəhid olduğu haqda məlumat verib.
Qəzzə Səhiyyə Nazirliyinin hesabatına əsasən, şəhid olan körpələrdən 53-ü oğlan və 62-si isə qız olub. 48 körpənin yaşı bir aydan aşağı, 48 körpə 1-3 aylıq, 15 uşaq 4-6 aylıq və 5 uşaq isə 6-8 aylıq olub.
Digər tərəfdən də Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi verdiyi açıqlamasında bildirib ki, ötən 24 saat ərzində sionist rejimi günahsız insanlara qarşı 3 cinayət törədib. Bunun nəticəsində də, 40 nəfər şəhid olub və 134 nəfər isə yaralanıb.
Bu şəhidləri də hesablamaqla indiyə qədər 40139 nəfər şəhid olub və 92743 nəfər isə yaralanıb.